Bakıda namus cinayəti: kişi gəlininin başını balta ilə əzdi


Kriminal 24 Sen 2019 09:11:38 266 0

Bakıda namus cinayəti: kişi gəlininin başını balta ilə əzdi

Ötən gün Bakıda dəhşətli cinayət baş verib.

Bakıda qayınata 30 yaşlı gəlinini balta ilə öldürdü

Son.az baku.ws-yə istinadən xəbər verir ki, hadisə dünən saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Füzuli rayonunda anadan olmuş, orta təhsilli, əvvəllər məhkumluq həyatı yaşamış Firdovsi Əkbər oğlu Məhərrəmov gəlini 1989-cu il təvəllüdlü, 4 uşaq anası Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayıb.

Kişi gəlininin başına balta ilə bir neçə zərbə endirib. Qadın yerindəcə keçinib.

Məlumat daxil olan kimi Xəzər Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Hadisə yerindən üzərində qan ləkələri olan balta tapılıb.