Çavuşoğlu Ermənistanın qanunsuz siyasətini pisləyib


Siyasət 24 Sen 2019 08:13:00 235 0

Çavuşoğlu Ermənistanın qanunsuz siyasətini pisləyib

Türkiyə Ermənistanın Azərbaycana qarşı qanunsuz mövqeyini pisləyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kontakt Qrupunun iclasında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

Nazir bildirib: "İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun iclasında yenə də Ermənistanın qanunsuz mövqeyini yenidən pisləmişik".

M.Çavuşoğlu deyib ki, Kontakt Qrupunun Azərbaycanın haqlı işində ona dəstək verilməsinin əhəmiyyəti vurğulanıb".