Bakıda keçmiş məhkum qadının "çantasına girdi"


Kriminal 23 Sen 2019 15:10:00 236 0

Bakıda keçmiş məhkum qadının "çantasına girdi"

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi olub.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, 18-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əliyeva avqustun 28-də çantasından içərisində 2000 manat və 2 ədəd bankomat kartı olan pulqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Hüseynov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.