33 baş qoyun və 9 baş keçi oğurlayan şəxs tutulub


Kriminal 20 Sen 2019 23:20:00 327 0

33 baş qoyun və 9 baş keçi oğurlayan şəxs tutulub

Ağsuda 33 baş qoyun oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Son.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Ş.İsmayılova məxsus yardımçı təsərrüfatdan 33 baş qoyun və 9 baş keçi oğurlamaqda şübhəli bilinən Ağalarbəyli kənd sakini N.Mehdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.