Arvadının kişilərlə intim hərəkətini yaydı...


Kriminal 18 Sen 2019 19:04:00 283 0

Arvadının kişilərlə intim hərəkətini yaydı...

Ağsu rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən Paşa Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Paşa Məmmədov Ağsu rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə arvadı Səbinə ilə olan nikahlarına xitam verilib.

Arvadının kişilərlə intim hərəkətini yaydı

Bundan sonra o, aralarında mütəmadi mübahisələri yaşanan keçmiş arvadı Səbinənin digər şəxslərlə intim münasibətdə olub, ona xəyanət etməkdə ittiham edib. Onun barəsində qohum və tanışları arasında əxlaqsızlıq etməsi barədə məlumatlar yayıb.

Daha sonra Paşa Məmmədov arvadından qısqanclıq və qisas niyyəti ilə qəsdən öldürmək qərarına gəlib.

Arvadına 10 zərbə vurdu

Bu məqsədlə Paşa Məmmədov 6 iyul 2018-ci ildə, saat 18 radələrində arvadının kirayədə yaşadığı Ağsu rayonunun mərkəzində olan evə gəlib. O, həmin vaxt özündə olan bıçaqla arvadının baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq 10 dəfə zərbə vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

"Arvadım kişilərlə intim münasibətdə olub"

İstintaq orqanı tərəfindən Paşa Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Paşa Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində arvadını qısqanclıq zəminində öldürdüyün açıqlayıb. Bildirib ki, arvadı başqa-başqa kişilərlə intim münasibətdə olub.

"Qızım əri tərəfindən döyüldüyünü bildirdi"

Cinayət işi üzrə zərərçəkmişin hüquq varisi qismində ifadə verən atası Səid Babayev bildirib ki, qızı Səbinə 2007-ci ildə Paşa ilə ailə həyatı quraraq nikahlarını rəsmiləşdiriblər: "Onların birgə nikahından iki azyaşlı uşağı 2008-ci il təvəllüdlü Mahir və 2009-cu il təvəllüdlü Nihad dünyaya gəlib. Qızım 2016-cı ilin sentyabrında Paşadan qeyri-rəsmi ayrıldı və 2 azyaşlı uşağını da götürərək mənim yanıma gəldi, mənimlə birlikdə Kürdmaşı kəndində bir müddət yaşadı. Uşaqlar da Kürdmaşı kənd orta məktəbində təhsil aldılar. Qızım mənə artıq Paşa ilə birgə yaşaya bilmədiyini, dözə bilmədiyini, Paşanın onu evdə tez-tez döydüyünü, evdə əsəbləşərək qab-qacağı sındırdığını dedi. Qızımın sifət, qol nahiyələrində xəsarətlər olmasını gördüm. Bunu kim yetirdiyini soruşdum. Qızım əri tərəfindən mütamadi döyüldüyünü, ona yetirdiyini bildirdi".

"Evin yandırıldığını gördük"

Hüquqi varisin sözlərinə görə, 2017-ci ilin avqustunda qızı Səbinə ona Ağsu şəhərindəki öz adına olan Paşanın aldığı evdə yaşamaq istədiyini bildirib: "Mən də buna etiraz etmədim. Mən və qızım həmin evə gəldikdə evin pəncərələrinin şüşələrinin satıldığını, evin döşəklərinin bayırda yandırıldığını, külü qaldığını, evdə quraşdırılmış sayğacların sındırıldığını, evin giriş qapılarının sındırıldığını gördük. Bu barədə qonşulardan soruşduq. Bildirdilər ki, bir az əvvəl Paşa orada olub".