Qısqanc ər arvadını bıçaqladı


Kriminal 16 Sen 2019 14:39:00 300 0

Qısqanc ər arvadını bıçaqladı

Ağcabədi rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rafiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi  hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası sentyabrın 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin mayında Ağcabədi rayonunun Taxtakörpü kəndində baş verib.

Kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Tahirə Əliyeva ilə mübahisə edib. Qısqanc ər cibində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr vurub. Daha sonra hadisə yerindən qaçıb.