Əvvəlcə onun başına yaylıq bağladı, sonra üzünə tüpürdü


Kriminal 16 Sen 2019 12:44:00 208 0

Əvvəlcə onun başına yaylıq bağladı, sonra üzünə tüpürdü

Sosial şəbəkədəki səhifələrin birində mərhum aktyor Həsənağa Turabov haqqında maraqlı bir fakt yazılıb.

Son.az ölkə.az-a istinadla əhvalatı olduğu kimi təqdim edir:

"Böyük sənətkarımız Həsənağa Turabovu qonaq çağırırlar. Biraz gec gedir. Qapıya yaxınlaşanda eşidir ki, qonaqlardan biri onun haqqında danışır, qeybət edir. Özünü saxlaya bilmir, içəri daxil olur və masaya yaxınlaşır. Hər kəs başa düşür ki, Həsənağa müəllim bütün danışıqları eşidib. Hər kəs ondan çəkinərdi. Həsənağa müəllim onu qonaq çağıran kişinin arvadını yanına çağırır və xahiş edir ki, başındakı yaylığı çıxarsın. Qadın başındakı yaylığı çıxarıb ona verir. Həsənağa müəllim arxasınca nahaqdan danışan adamı ayağa qaldırır, qadının yaylığını onun başına bağlayır və üzünə tüpürüb deyir:

"Məclisdə kişilərlə oturun. Mən bu adama çox yaxşılıq etmişəm, amma kişiyik, gərək deməyək. Dünən ayaqqabısı cırıq idi, barmağı çölə çıxırdı. Ürəyim dözmədi, cibinə pul qoydum, o da gedib özünə ayaqqabı alıb və o ayaqqabıları geyinib qaça-qaça gəlib burda mənim arxamca danışır".

Həsənağa müəllim onun üzünə tüpürür və ordakılarla da bir daha oturmur. Deyir ki, kişinin yanında qeybət etməzlər, siz də kişi deyilsiniz! Məclisi tərk edib gedir..."