"Atam da çəkən idi"


Kriminal 14 Sen 2019 16:13:00 252 0

"Atam da çəkən idi"

Külli miqdarda narkotik satışında təqsirləndirilən qadının məhkəməsi keçirilib.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilərək həbs edilən 1988-ci il təvəllüdlü Səbinə Quliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittihamla Səbinə Quliyeva özünü qismən təqsirli bilib.

O deyib ki, həbs edilən zaman narkotik satışı ilə məşğul olmayıb. Müttəhim narkotik istifadəçisi olduğunu etiraf edib.

Səbinə onu da etiraf edib ki, bir dəfə narkotik satışı ilə məşğul olub.

İlk dəfədir məhkumluq həyatı yaşayan Səbinə narkotikin onun və ailəsinin həyatını məhv etdiyini söyləyib və bildirib ki, mərhum atası da narkotik istifadəçisi olub.

10 yaşlı oğlan övladı olan Səbinə əməlindən peşman olduğunu, bu yoldan xilas olmaq istədiyini söyləyib.