“Arvadını” başqa kişi ilə yatağa saldı, sonra basqın etdi


Kriminal 14 Sen 2019 14:18:00 274 0

“Arvadını” başqa kişi ilə yatağa saldı, sonra basqın etdi

Bakıda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Daşqın Səmədov, Hikmət Məlikov, Elman Verdiyev və Vüsal Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, mütəşəkkil dəstənin üzvləri, onlarla birlikdə olan Samirə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər. Onlar zərərçəkmiş Samir Vəliyevin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə üzərində zor göstərməklə hədə-qorxu gəliblər.

Tanış oldu, intim əlaqəyə girdi

Belə ki, mütəşəkkil dəstənin üzvləri əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2018-ci ilin martın 11-də Samirə Məmmədovanın Samir Vəliyev ilə tanış olub və münasibət yaratmalarına şərait yaradıblar.

Daha sonra martın 25-də, saat 20 radələrində intim münasibətdə olmaları üçün kirayə tutduğu Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 61, mənzil 4-də görüşüblər. Həmin evdə Samirə ilə Samir yataq otağında intim əlaqəyə giriblər.

Qadının "əri" və "xalası oğlu" evə basqın etdi

Bundan təxminən 30 dəqiqə keçəndən sonra mütəşəkkil dəstənin üzvləri həmin mənzilə gəliblər. Orada Daşqın Samirənin əri kimi, digər təqsirləndirilən Hikmət isə xalası oğlu kimi özlərini təqdim ediblər.

Daha sonra dəstə üzvləri Samirə ilə intim əlaqəyə girən Samiri öldüməklə hədələyib, ona qarşı zor tətbiq ediblər. Sonra mütəşəkkil dəstənin üzvləri Samir Vəliyevi döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Köməyə gəldilər, 50 min istədilər

Bir qədər sonra əvvəlcədən aralarında olan bölgüyə əsasən, mənzilə Elman və Vüsal gəlib. Sonuncu gələn şəxslər Samir Vəliyevə guya köməklik etmək adı ilə aldadıblar.

Elman və Vüsal dəstənin digər üzvləri ilə guya danışıq aparıblar və Samir Vəliyevi əxlaqsız hərəkətə görə öldürməmək üçün 50 min manat məbləğində pul verməsini tələb ediblər.

Samir Vəliyev isə öldürülməməsi üçün onlara 50 min manat verməyə razılıq verib. Dəstə üzvləri Samirin razılığını alandan sonra onu sərbəst buraxıblar.

50 mini tapa bilmədi, polisə üz tutdu

Sonrakı gün Samir Vəliyev dəstə üzvlərinin tələb etdiyi 50 min manatı tapa bilməyib və dəstə üzvlərinin şantajlarından xilas olmaq üçün Nəsimi Rayon Polis İdarəsinə üz tutub.