Kişi tanış qadınla spirtli içki içdi, sonra üstünə neft tökərək yandırdı


Kriminal 14 Sen 2019 13:17:00 283 0

Kişi tanış qadınla spirtli içki içdi, sonra üstünə neft tökərək yandırdı

Bakıda sərxoş vəziyyətdə qadının üstünə neft tökərək yandırmaqda ittiham olunan 33 yaşlı Qabil Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Yaxın günlərdə bu dəhşətli cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, bu ilin fevralın 21-də Xətai rayonu, Nobel prospektində Qabil Tağıyev 41 yaşlı Rübabə Nuriyevanın üzərinə ağ neft tökərək onu oda verib.

Xoşbəxtlikdən, qadına vaxtında ilkin yardım göstərilib və, o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinə yerləşdirilib.

Zərərçəkənin baş, boyun nahiyəsi və əlləri yanıb. Qadının həyatına hər hansı təhlükənin olmadığı bildirilir.