Azərbaycan XİN Fransa tərəfinə etiraz notası göndərib


Siyasət 12 Sen 2019 18:17:00 43 0

Azərbaycan XİN Fransa tərəfinə etiraz notası göndərib

Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyirik.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin fransız deputatların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri ilə bağlı Trend-ə şərhində deyilir. Yerli azərbaycanlı əhalinin qanlı etnik təmizləməsini həyata keçirən və münaqişənin həlli çərçivəsində məcburi köçkünlərin əzəli yaşayış yerlərinə qayıtmalarının qarşısını almaq üçün əlindən gələni edən Ermənistan tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə bu qanunsuz səfərin həyata keçirilməsi Fransa Parlamenti üzvlərinin rəhbər tutmalı olduqları "azadlıq, bərabərlik, qardaşlıq" yüksək ideallara və fundamental insan hüquqlarına tamamilə ziddir. Qeyd etmək lazımdır ki, bu addım qərəzli, Fransanın erməni lobbisinin təsiri altında olan və əvvəlki qanunsuz səfərləri səbəbindən adı artıq Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısında yer alan Gi Tesye (Guy Teissier) kimi deputatlar tərəfindən atılıb. Ona qoşulan qanunsuz səfərin digər iştirakçılarının, millət vəkilləri Valeri Buaye (Valérie Boyer), Jan-Pyer Cübertafon (Jean-Pierre Cubertafon), Məhəmməd Laqhila (Mohamad Laqhila), Daniel Kazaryan (Danièle Cazarian), Giyom Kasparyan (Guillaume Casbarian) və senator Pyer Uzuliasın (Pierre Ouzoulias) da adları müvafiq olaraq həmin siyahıya salınacaqdır. Bununla əlaqədar Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa tərəfinə ünvanlanan etiraz notası təqdim edilib. Sənəddə bu cür qanunsuz səfərlərin həyata keçirilməsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması məqsədini güdən səylərini ciddi şəkildə sarsıtdığına, eyni zamanda bu prosesdə vasitəçi qismində Fransanın nüfuzuna xələl gətirdiyinə xüsusi diqqət çəkilir.Fransa hökumətini bir daha bu ölkənin parlamentarilərinin Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış status-quonun möhkəmləndirilməsinə yönəlmiş qanunsuz səfərlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə və bununla da, öz beynəlxalq öhdəliklərinin düzgün yerinə yetirilməsi maraqlarını rəhbər tutaraq, nizamlamada vasitəçi kimi qərəzsiz yanaşmasının ardıcıllığını təsdiq etməyə çağırırıq.

Mərkəzi Bankda növbəti hərrac like
  • 12 Sen 18:14  
Digərləri Mərkəzi Bankda növbəti hərrac

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac ke

arrow Ətraflı
Azərbaycan XİN Fransa tərəfinə etiraz notası göndərib like
  • 12 Sen 18:12  
Digərləri Azərbaycan XİN Fransa tərəfinə etiraz notası göndərib

Fransa parlamentarilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ b

arrow Ətraflı
Bal yarmarkasına müraciət edən arıçıların seçimi olub like
  • 12 Sen 18:09  
Digərləri Bal yarmarkasına müraciət edən arıçıların seçimi olub

Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri davam edir.

arrow Ətraflı
Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq like
  • 12 Sen 18:04  
Digərləri Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu müvəqqəti dayandırılacaq

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə ə

arrow Ətraflı
Bakıda taksi sürcüsünə qarşı quldurluq edən dəstəyə 34,5 il cəza verildi like
  • 12 Sen 17:54  
Kriminal Bakıda taksi sürcüsünə qarşı quldurluq edən dəstəyə 34,5 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluq cinayətləri

arrow Ətraflı
“Vicdan haqqı”nın aktyoru 22 kilo arıqlayıb, tanınmaz hala düşdü like
  • 12 Sen 17:49  
Digərləri “Vicdan haqqı”nın aktyoru 22 kilo arıqlayıb, tanınmaz hala düşdü

"Vicdan haqqı" serialı ilə məşhurlaşan aktyor İbrahim Çingiz i

arrow Ətraflı
Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ: like
  • 12 Sen 17:44  
Digərləri Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ:

Yeni dərs ilinin başlanması ilə əlaqədar Sumqayıtdan Bakı şəhərinə v

arrow Ətraflı
"Nüvə müharibəsi başlaya bilər" like
  • 12 Sen 17:39  
Dünya "Nüvə müharibəsi başlaya bilər"

Müasir beynəlxalq vəziyyətdə nüvə müharibəsinin başlaması riski mövc

arrow Ətraflı
XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır like
  • 12 Sen 17:37  
Siyasət XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Le

arrow Ətraflı
Bakıda çoxmərtəbəli binada yanğın olub like
  • 12 Sen 17:34  
Digərləri Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakıda çoxmərtəbəli binada yanğın olub.

arrow Ətraflı