Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücüyə


Kriminal 11 Sen 2019 16:48:00 49 0

Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücüyə

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən İlham Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib, Təqsirləndirilən şəxsin vəkili və təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.

Müşavirədən sonra hökm elan edib. Hökmə əsasən, İ.Həsənov 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində, 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi "İVEKO" markalı 99-LN-431 dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi "Mercedes" markalı 10-RP-097 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyevin hadisə yerində ölmələri, yük avtomobilinin sürücüsünün isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaqla hadisənin İlham Həsənov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində İ.Həsənov mayın 11-də tutularaq istintaqa cəlb edilib.

Tramp bayraqları endirməyə çağırıb like
  • 11 Sen 16:44  
Dünya Tramp bayraqları endirməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-də törədilmiş terror

arrow Ətraflı
Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq like
  • 11 Sen 16:42  
Digərləri Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şura

arrow Ətraflı
Məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yayılan məlumat şayiədir like
  • 11 Sen 16:35  
Digərləri Məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yayılan məlumat şayiədir

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcbu

arrow Ətraflı
Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş (FOTO) like
  • 11 Sen 16:34  
Digərləri Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş (FOTO)

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin y

arrow Ətraflı
Yol Polisi valideynlərə müraciət etdi like
  • 11 Sen 16:30  
Digərləri Yol Polisi valideynlərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədri

arrow Ətraflı
Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi like
  • 11 Sen 16:25  
Digərləri Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi

Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı m

arrow Ətraflı
Ağdaşda 2 avtomobil yolu yenidən qurulub (FOTO) like
  • 11 Sen 16:24  
Digərləri Ağdaşda 2 avtomobil yolu yenidən qurulub (FOTO)

Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 km təşkil edir.

arrow Ətraflı
Müğənninin əri toy gecəsi xəstəxanalıq oldu like
  • 11 Sen 16:21  
Digərləri Müğənninin əri toy gecəsi xəstəxanalıq oldu

Ötən gecə türkiyəli müğənni Aylin Coşqun sevgilisi Volkan Aslanla toy e

arrow Ətraflı
Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək like
  • 11 Sen 16:18  
Digərləri Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı

arrow Ətraflı
Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək like
  • 11 Sen 16:16  
Digərləri Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı

arrow Ətraflı
ABŞda yük təyyarəsi qəzaya uğradı like
  • 11 Sen 16:16  
Dünya ABŞda yük təyyarəsi qəzaya uğradı

ABŞ-ın Ohayo ştatında yük təyyarəsi qəzaya uğrayıb.

arrow Ətraflı
Kübra müəllimi öldürən keçmiş həyat yoldaşı: like
  • 11 Sen 16:05  
Dünya Kübra müəllimi öldürən keçmiş həyat yoldaşı:

Türkiyənin Mersin vilayətində 14 fevral günü keçmiş həyat yoldaşı, m

arrow Ətraflı