Bakıda adam oğurlayıb işgəncə verən ərarvad tutuldu FOTO
Kriminal 11 Sen 2019 12:07:00 61 0
Bakı şəhər Baş Polis İdarəsi, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi, Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.
Son.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri - 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri - əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.
Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.
Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, F.Eminoğlu, Ş.Hüseynov, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.
Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qa

O insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəl

Bakıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Pərviz İlyasov

"Unibank" gömrük rüsumlarını çox rahatlıqla ödəmək üçün biznes sahi

Bakıda "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilm

İkinci dəfə ailə qurduqdan sonra Türkiyəyə köçən müğənni Sevinc Ağ

Bakı şəhər Baş Polis İdarəsi, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi, X

Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qa

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətind

Türkiyənin Daxili İşlər Nazirliyi PKK terror təşkilatına mənsub olan 1

Juventus-un ulduzu Kriştiano Ronaldonun "Nike" ilə imzaladı

"Ey aşk eri aç gözünü, yer yüzüne eyle nazar Gör bu latif çiçekl

Yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay m

Müəllimlərin son əməkhaqqı artımından sonra ümumtəhsil sistemində ça
