Daşkəsəndə 19 yaşlı oğlan kəndlisini bıçaqlandı


Kriminal 10 Sen 2019 14:15:22 225 0

Daşkəsəndə 19 yaşlı oğlan kəndlisini bıçaqlandı

Daşkəsəndə gənc oğlan qısqanclıq zəminində bıçaqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində baş verib.

Kənd sakini - 2000-ci il təvəllüdlü Həsənli Eltun İlham oğlu həmkəndlisi Hüseynov Gəncəli Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində G.Hüseynov E.Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib.

Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb.

İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.