Arvadını öldürmək istədi


Kriminal 10 Sen 2019 11:16:00 219 0

Arvadını öldürmək istədi

Ağcabədi rayonunda arvadını öldürməyə cəhddə təqsirli bilinən Rafiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında gecə saatlarında rayonun Taxtakörpü kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Tahirə Əliyeva ilə mübahisə edib. Qısqanc ər cibində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr vurub. Daha sonra hadisə yerindən qaçıb. Yaralı qonşular tərəfindən xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.