Bakıda 19 yaşlı qızı maşın vurub qaçdı


Kriminal 09 Sen 2019 22:17:09 238 0

Bakıda 19 yaşlı qızı maşın vurub qaçdı

Bakıda gənc qızı maşın vurub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə ərazisindəki "Rahat Market"in qarşısında naməlum avtomobil yolu keçmək istəyən piyada, 2000-ci il təvəllüdlü Bəşirova Nəzrin Şakir qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.

Yaxınlıqdakı şəxslərin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb.