Azyaşlıya qarşı əxlaqsızlıq etməkdə suçlanan şəxs hakim önündə


Kriminal 08 Sen 2019 18:01:00 260 0

Azyaşlıya qarşı əxlaqsızlıq etməkdə suçlanan şəxs hakim önündə

Bakıda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü İman Zülfalıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlumata görə, Binəqədi rayonu ərazisində azyaşlı qıza təcavüz etməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, İman Zülfalıyev R.O-ya seksual xarakterli hərəkətlər edib. Azyaşlının valideynlərinin şikayətindən sonra o, həbs edilib.