"Dedi ki, oğlunu sındırdılar..."


Kriminal 08 Sen 2019 15:10:00 239 0

"Dedi ki, oğlunu sındırdılar..."

Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən iş adamı hakim önünə çıxarılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1974-cü il təvəllüdlü Cabbarov Elşən Mürsəl oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Qorxmaz Həsənov ifadə verib.

O deyib ki, oğlu Röyal Həsənov təqsirləndirilən Elşən Cabbarov və digərləri tərəfindən döyülüb, şantaj edilib, hədələnib. Səbəb isə Röyal Həsənovun Elşən Cabbarovun tanıdığı bir qadınla münasibətinin olduğunun öyrənilməsi olub.

Qorxmaz Həsənov söyləyib ki, bu məsələyə görə oğlu bir neçə dəfə Elşən Cabbarov və digərləri tərəfindən hədələnib.

"Bir dəfə də oğlumu restorana çağırmışdılar. Mən də Röyalla getdim. Mən həyətdə gözlədim. Bir neçə dəqiqə sonra içəridən çıxan bir nəfər dedi ki, oğlunu sındırdılar. Onu videoya çəkmişdilər" - deyə Qorxmaz Həsənov bildirib.

Məhkəmə araşdırması davam etdirilir.