Vəzifəli şəxsin külli miqdarda pulunu ələ keçirməkdə suçlanan şəxs hakim önünə çıxarılıb


Kriminal 08 Sen 2019 14:32:00 253 0

Vəzifəli şəxsin külli miqdarda pulunu ələ keçirməkdə suçlanan şəxs hakim önünə çıxarılıb

Vəzifəli şəxsin külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Zeynalov Sədrəddin Nazir oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Qeyd edək ki, Sədrəddin Zeynalov "Lənkəransutikinti" MMC-nin rəhbəri Ələkbərov Həsənağa Məhərrəm oğluna qarşı dələduzluqda ittiham edilir. S.Zeynalova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzkuq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, Zeynalov MMC rəhbərindən iş qurmaq adı ilə külli miqdarda pul alıb.