Keçmiş arvadının ərini və atasını BIÇAQLADI


Kriminal 07 Sen 2019 14:02:00 251 0

Keçmiş arvadının ərini və atasını BIÇAQLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlmaqda təqsirli bilinən Mahir Nemətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Məhkəmənin hökmü ilə Mahir Nemətov 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu ilin aprelində Nizami rayonu Bəkir Çobanzadə küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb.  Daha sonra Mahir Nemətov keçmiş qayınatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hər iki yaralının həyatını xilas etmək mümkün olub.