Qanunsuz silah gəzdirən keçmiş məhkum tutuldu


Kriminal 06 Sen 2019 16:39:00 196 0

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutuldu

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "Naqan" markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.

Eyni zamanda polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ü.Məmmədov tapdığı "TT" markalı tapançanı, 15 ədəd patronu və 2 ədəd patron darağını könüllü olaraq Səbail Rayon Polis İdarəsinə təhvil verib.