Şəmkirdə evə basqın edən maskalı şəxs ev sahibini bıçaqla yaralayıb qaçdı


Kriminal 06 Sen 2019 16:23:00 246 0

Şəmkirdə evə basqın edən maskalı şəxs ev sahibini bıçaqla yaralayıb qaçdı

Şəmkirdə maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girən maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk etməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.