Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başa çatıb FOTO


Siyasət 06 Sen 2019 15:23:00 236 0

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başa çatıb  FOTO

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Eternity-2019" kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbirdə "Eternity - 2019" kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib.

Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda hər üç ölkə nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.