Binədə 4 evdən oğurluq edən şəxs saxlanıldı


Kriminal 06 Sen 2019 13:15:00 235 0

Binədə 4 evdən oğurluq edən şəxs saxlanıldı

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, avqust ayı ərzində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, kompüter, mobil telefon və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş Azər Mirzəyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

O, törətdiyi əməlləri etiraf edib.