Arvadını öldürüb su hövzəsinə atan şəxs məhkəməyə çıxarılır


Kriminal 06 Sen 2019 11:08:00 204 0

Arvadını öldürüb su hövzəsinə atan şəxs məhkəməyə çıxarılır

Qobustanda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Nazim Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Eldar İsmayılovun icraaatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, 6 il əvvəl baş verən cinayət işinin üstü bu ilin martında açılıb. Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən axtarışa verilən Kamilə Cəfərovanın həyat yoldaşı, Qobustan qəsəbə sakini Nazim Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

N.Cəfərov Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, N.Cəfərov 2012-ci ilin sonlarında yaşadığı Qobustan qəsəbəsində K.Cəfərovanı kəsici alətlə qətlə yetirəndən sonra meyitini qəsəbə ərazisindəki su hövzəsinə atıb.