“Qoca” ləqəbli avtoritetlə birgə həbs edilən şəxsdən YENİ XƏBƏR


Kriminal 04 Sen 2019 18:49:00 211 0

“Qoca” ləqəbli avtoritetlə birgə həbs edilən şəxsdən YENİ XƏBƏR

Xüsusi təyinatlı vaqondan qaçan və saxlanılması üçünkeçirilən əməliyyatda öldürülən "Qoca" ləqəbli Etibar Məmmədovla birgə həbs olunan Məhəmməd Heydərov Ali Məhkəməyə müraciət edib.

Son.az APA -ya istinadən xəbər verir ki, M. Heydərov şikayətində barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, təqsirləndirilən M.Heydərov 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərinqətlində şübhəlibilinərəkhəbs edilib. Onunla birgə tutulan "Qoca" ləqəbli Etibar Məmmədov məhkəmə dövründə xüsusi təyinatlı vaqondan qaçıb. E.Məmmədov əməliyyat zamanı polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib.