Saatlı sakini könüllü olaraq polisə silahsursat təhvil verib


Kriminal 03 Sen 2019 17:14:00 233 0

Saatlı sakini könüllü olaraq polisə silahsursat təhvil verib

Saatlı şəhər sakini İ.Əzizov saxladığı silah-sursatı könüllü olaraq polisə təhvil verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a məlumat verilib.

Bildirilir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Saatlı şəhər sakini İ.Əzizov "AKS-74U" markalı silahı, 4 ədəd patron darağını və 688 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Saatlı Rayon Polis Şöbəsinə təhvil vermişdir.