Bıçaqla aptek soyan qadın Ali Məhkəməyə müraciət etdi


Kriminal 03 Sen 2019 14:56:00 248 0

Bıçaqla aptek soyan qadın Ali Məhkəməyə müraciət etdi

Bakıda quldurluq etdiyi üçün məhkum edilən Aygün Əliyeva Ali Məhkəməyə kasasiya şikayəti verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 181.2.3-cü, yəni, quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə maddəsi ilə məhum edilən Əliyeva Aygün Məhərrəm qızı Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

İş hakim Gülzar Rzayevanın icraatına verilib.

Məkəmə baxış iclası oktyabr ayının 22-nə təyin olunub.

Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Qeyd edilən ərazidə yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.