“Lotu Quli” “qanuni oğru” titulundan məhrum edilə bilər FOTO


Kriminal 03 Sen 2019 14:06:00 223 1

“Lotu Quli” “qanuni oğru” titulundan məhrum edilə bilər  FOTO

Kriminal aləmin tanınmış simalarından olan, "Lotu Quli" ləqəbli azərbaycanlı "qanuni oğru" Nadir Səlifov titulundan məhrum edilə bilər.

Son.az baku.ws-yə istinadən xəbər verir ki, bu barədə Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) və Rövşən Lənkəranskinin klanına daxil olan digər "qanuni oğru" Badri Koquaşvili qərar veriblər.

Badri Koquaşvili Nadir Səlifovun "qanuni oğru" titulundan məhrum edilməsilə bağlı təklif irəli sürüb. O, buna əsas kimi "Lotu Quli"nin Türkiyədə 35 yaşlı "qanuni oğru" Quram Çixladzenin döyülməsini göstərib.

İddia olunur ki, gürcü "qanuni oğru" Quram Çixladze "Lotu Quli"nin adamı, tanınmış kriminal avtoritetlərdən olan Armen tərəfindən döyülüb.

Qeyd edək ki, Çixladzenin Rövşən Lənkəranskinin qohumları ilə sıx dostluq münasibətlərində olması Lotu Qulini qəzəbləndirib və ona xəbərdarlıq edib.

Onların Türkiyədə baş tutan görüşü zamanı Quram Çixladze Nadir Səlifovun fikirlərini qəbul etmədiyini və Rövşən Lənkəranskinin qohumları ilə dost qalacağını deyib.