“Kirpi” uşaq yumoristik kinojurnalı 1 il sizinlə! VİDEO FOTO


Kriminal 03 Sen 2019 12:45:00 274 0

“Kirpi” uşaq yumoristik kinojurnalı 1 il sizinlə!  VİDEO  FOTO

"Kirpi" uşaq yumoristik kinojurnalının artıq 12 buraxılışı işıq üzü görüb.

Sentyabr ayında bir yaşını qeyd etməyə hazırlaşan Kirpi, bu bir il ərzində cəmiyyətimizdə özünə məxsus yer tutdu və bir çox dostlar qazandı.

Kinojurnalının səhnəciklərində balaca dostlarımızda yanaşı, bir çox tanınmış insanlar da yer aldı. "Kirpi" uşaq yumoristik kinojurnalının yaradıcı və rəhbəri Cavid Şahbazbəyov bildirib ki, "Kirpi"ni qarşıda uzun yol gözləyir: "Məqsədimiz marifləndirmək, tərbiyələndirmək və təbəssüm yaratmaqdır.

İstərdik ki, Kirpi bir milli personaj kimi uşaqlarımızın sevimlisinə çevrilsin, uşaqların düzgün yumora köklənməsinə, Ana dilimizi öyrənməsinə yardımçı olsun. "Kirpi" kinojurnalını yaradanda düşünürdük ki, uşaqlarımız məktəbə hazırlıq periodunda yerli məhsula baxa bilsinlər, məktəbdə oxuyanlar isə orada yaşadığı hadisələri bizim qısa sketçlərimizdə görüb təbəssümlə yada salsınlar.

Məncə, biz bunu etməyi bacardıq, amma bu, son deyil. Ümid edirik ki, yeni mövsümdə də "Kirpi" üçün yazılan yeni mahnı, klip və əsas yeni sketçlərimiz balaca dostlarımız və eləcə də böyüklər tərəfindən bəyənilib, seviləcək. "Kirpi" hər bir dostumuzun üzünə açıqdır, fərqli uşaqlar və böyüklər bizim kinojurnalın çəkilişlərində özlərini sınaya bilərlər. Hamiya öz dərin minnətdarlığımızı bildiririk və sizə: "Yeni mövsümdə görüşənədək!" deyirik".