İsmayıllıda gənc oğlan azyaşlıya təcavüz etdi


Kriminal 02 Sen 2019 17:39:00 246 0

İsmayıllıda gənc oğlan azyaşlıya təcavüz etdi

İsmayıllı rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edən şəxsə cinayət işi açılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayon sakini Anar Bağırovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Anar Bağırov rayon ərazisində yetkinlik yaşına çatmayan Vəfa Məmmədova (ad və soyad şərti verilib - red.) ilə intim əlaqədə olub. Vəfa Məmmədovanın şikayətindən sonra Anar Bağırov həbs edilib.

Anar Bağırovun barəsində toplanan cinayət işi baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Çingiz İsgəndərovun icraatına verilib.