İmişli sakinindən külli miqdarda narkotik götürüldü


Kriminal 02 Sen 2019 17:14:00 261 0

İmişli sakinindən külli miqdarda narkotik götürüldü

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qızılkənd kənd sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Baxış Quliyev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 1 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.