Sumqayıtda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı


Kriminal 02 Sen 2019 15:40:00 239 0

Sumqayıtda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Sumqayıt şəhər sakininin ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər sakini Mənsumə Əliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov saxlanılıb.