Bakıda qadın özünə bıçaqla qəsd etdi


Kriminal 31 Avq 2019 12:21:00 211 0

Bakıda qadın özünə bıçaqla qəsd etdi

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi, Arablinka adlanan ərazidə 1981-ci il təvəllüdlü Əliyeva Brilyant İdris qızı özünə bıçaqla xəsarət yetirib.

Qarın nahiyəsindən 2 bıçaq xəsarəti alan yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon 13-cü Polis Bölməsində araşdırma aparılır.