Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək


Kriminal 20 Avq 2019 19:05:00 196 0

Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək

Dünyanın bir çox ölkəsində konsertlər verən, Azərbaycan musiqisini dünyada layiqincə təmsil edən, sevilən səs sahibi Yaqub Zurufçu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək. 

Son.az xəbər verir ki, sənətçinin verdiyi məlumata görə, konsert oktyabrın 12-də Heydər Əliyev Sarayında baş tutacaq. Sevənləri ilə görüşə hazırlaşan Yaqub Zurufçu hisslərini belə bölüşüb: "Dəyərli soydaşlarım, doğmalarım! Mənə qarşı göstərdiyiniz diqqət və sevgi üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Görünür siz də mənim kimi bu konsert üçün darıxmısınız. Bunca diqqətdən ilhamlanaraq konsert etməyi qərarlaşdırdıq. Tezliklə - oktyabrın 12-si böyük həvəslə sizinlə görüşə gələcəm". Konsertin informasiya dəstəyi News24.az, APA, Trend, Day.az və Milli.az-a məxsusdur.

Son.az