Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub


Kriminal 17 Avq 2019 13:34:00 237 0

Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub

Oğuz rayon sakini S.İslamovu münaqişə zəminində bıçaqla qətlə yetirmiş Şəki rayon sakini E.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 16-da Oğuz rayonunun Bucaq kəndi ərazisində Şəki rayon sakini E.Məmmədov münaqişə zəminində kənd sakini Siyavuş İslamovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.