Özünü asan sabiq məmurun intihar səbəbi bilindi


Kriminal 16 Avq 2019 11:04:00 94 0

Özünü asan sabiq məmurun intihar səbəbi bilindi

Avqustun 15-də Quba şəhərində yaşamış 1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlunun yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Bu xəbəri də oxu: Şirin səsin sahibi

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a məlumat verilib.

Bildirilib ki, meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışmış, 2009-cu ildən isə təqaüdə çıxmışdır.

İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmamış, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilib. Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə 2 dəfə intihara cəhd etməsini bildiriblər.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

“Qafqazinfo”nun 9 yaşı tamam olur like
  • 16 Avq 11:00  
Digərləri “Qafqazinfo”nun 9 yaşı tamam olur

Bu gün operativliyi ilə seçilən "Qafqazinfo.az" xəbər portalının yaranma

arrow Ətraflı
Yol polislərimizə yeni formalar verildi like
  • 16 Avq 10:54  
Digərləri Yol polislərimizə yeni formalar verildi

Dünəndən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin əm

arrow Ətraflı
Neftçi-nin Avropa Liqasında qazancı nə oldu? like
  • 16 Avq 10:52  
İdman Neftçi-nin Avropa Liqasında qazancı nə oldu?

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında

arrow Ətraflı
Yay mövsümünün “timsah göz yaşları” (FOTO) like
  • 16 Avq 10:51  
Digərləri Yay mövsümünün “timsah göz yaşları” (FOTO)

Yay fəslini həm uşaqlar, həm də böyüklər səbirsizliklə gözləyir.

arrow Ətraflı
Qarabağ-ın legioneri Fransa klubuna keçməyə yaxındır like
  • 16 Avq 10:49  
İdman Qarabağ-ın legioneri Fransa klubuna keçməyə yaxındır

Qarabağ-ın futbolçusu Abdullah Zubir klubu tərk edə

arrow Ətraflı
Bakıda qəza: porspektdə tıxac yarandı (FOTO) like
  • 16 Avq 10:47  
Digərləri Bakıda qəza: porspektdə tıxac yarandı (FOTO)

Bakının Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Abşeron çimərliklərində cənub küləyi əsəcək  FAKTİKİ HAVA like
  • 16 Avq 10:47  
Digərləri Abşeron çimərliklərində cənub küləyi əsəcək FAKTİKİ HAVA

Ölkə ərazisində bu gün gözlənilən hava şəraiti ilə bağlı məlumat a

arrow Ətraflı
Cəbhədə vəziyyət gərgin olaraq qalır like
  • 16 Avq 10:44  
Digərləri Cəbhədə vəziyyət gərgin olaraq qalır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Qubada özünü asan təqaüdçünün intihar səbəbi oğlu imiş - RƏSMİ like
  • 16 Avq 10:35  
Digərləri Qubada özünü asan təqaüdçünün intihar səbəbi oğlu imiş - RƏSMİ

Avqustun 15-də Quba şəhərində yaşamış 1959-cu il təvəllüdlü Abbasov

arrow Ətraflı
Yay mövsümünün "timsah göz yaşları" like
  • 16 Avq 10:30  
Digərləri Yay mövsümünün "timsah göz yaşları"

Yay fəslini həm uşaqlar, həm də böyüklər səbirsizliklə gözləyir. Lak

arrow Ətraflı
Həftənin son iş günü Abşeron çimərliklərində cənub küləyi əsəcək like
  • 16 Avq 10:29  
Digərləri Həftənin son iş günü Abşeron çimərliklərində cənub küləyi əsəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı