Mağaza sahibini kürəyindən bıçaqladı


Kriminal 15 Avq 2019 17:49:00 209 0

Mağaza sahibini kürəyindən bıçaqladı

Zərdab rayonunda mağaza sahibini bıçaqlamaqda təqsirləndirilən Elçin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası avqust ayının 26-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Zərdabda baş verib. Kürdəmir rayon sakini, 1996-ci il təvəllüdlü Elçin Qədirov Zərdabın Otmanoba kənd sakini, 1988-ci il təvəllüdlü Bəşarət Qasımovu kürəyindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Araşdırmalar zamanı məlum olub ki, Elçin Qədirov Bəşarət Qasımovu onun sahibi olduğu mağazanın qarşısında aralarında yaranan mübahisə zəminində bıçaqlayıb.