Çavuşoğlu: "Türkiyə vətəndaşları üçün Azərbaycana vizaların ləğv olunması mühüm hadisədir"


Siyasət 08 Avq 2019 18:06:00 233 0

Çavuşoğlu: "Türkiyə vətəndaşları üçün Azərbaycana vizaların ləğv olunması mühüm hadisədir"

Türkiyə vətəndaşları üçün Azərbaycana vizaların ləğv olunması mühüm hadisədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, Türkiyə Azərbaycanın bu addımını yüksək qiymətləndirir.

Qeyd edək ki, ötən ay M.Çavuşoğlu bəyan etmişdi ki, Azərbaycan bu il sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.