Masallıda avtomobildən 10 min manatlıq qızıl və gümüş oğurlandı


Kriminal 07 Avq 2019 18:20:00 214 0

Masallıda avtomobildən 10 min manatlıq qızıl və gümüş oğurlandı

Masallı rayonu ərazisindəki bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Səmədov Bakı şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki bir avtomobildən ümumvətəndaşlıq pasportu, mobil telefon aksesuarı, 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səmədov Bakı şəhərində saxlanılıb.