Bərdədə silsilə oğurluq edən şəxslər saxlanıldılar


Kriminal 07 Avq 2019 17:11:00 247 0

Bərdədə silsilə oğurluq edən şəxslər saxlanıldılar

Bərdə rayon ərazisindəki 4 evdən evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və və Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 11-dən avqustun 5-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, qızıl əşyalar, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Şahbazov və əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıblar.