Uşaqlarını görməyə gələn kürəkən qaynatasını 5 yerindən bıçaqladı


Kriminal 07 Avq 2019 14:05:00 250 0

Uşaqlarını görməyə gələn kürəkən qaynatasını 5 yerindən bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qaynatasını qətlə yetirməkdə təqsirləndirilən Mehman Balayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 8-dən 9-na keçən gecə Qubanın İkinci Nügədi kəndində baş verib. Küsüb atası evinə gedən həyat yoldaşının yanına - uşaqlarını görməyə gedən kənd sakini olan 39 yaşlı M.Balayev qaynatası Heybət Heybətovla mübahisə edib və ona qol, çiyin və qarın nahiyəsindən 5 bıçaq endirib.

Dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 57 yaşlı qaynata H.Heybətov xəstəxanada ölüb. Məlumata görə, M.Balayevin həyat yoldaşı hadisədən 3-4 ay əvvəl atası evinə qayıdıb. İki azyaşlı uşağını görməyə gələn kürəkənin qaynata ilə sözü çəp gəlib.