Qubada qayınatasını öldürən kürəkənin işi ilə bağlı araşdırma başladı FOTO


Kriminal 06 Avq 2019 15:22:00 291 0

Qubada qayınatasını öldürən kürəkənin işi ilə bağlı araşdırma başladı  FOTO

Quba rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən Mehman Balayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 20-nə təyin edilib.

İttihama görə, ötən il dekabrın 8-də Quba rayonun 2-ci Nügədi kənd sakini Heybət Heybətovun bədənin bir neçə nahiyəsinin daxilə nüfuz edən kəsilmiş deşilmiş yaraları xəsarəti ilə Quba rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunsa da, dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini Mehman Balayev saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Heybət Heybətova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Məlum olub ki, Mehman Balayev mərhumun kürəkənidir.


Xəbərə aid foto