Azərbaycanlının idarə etdiyi “sxodka”ya


Kriminal 03 Avq 2019 09:21:00 213 0

Azərbaycanlının idarə etdiyi “sxodka”ya

Ukraynanın Baxmut şəhərində Donetsk və Luqansk vilayətlərinin kriminal avtoritetlərin "sxodka"sı keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, toplanışın keçirilməsinə səbəb nüfuz dairəsinin bölüşdürülməsi, həmçinin Starobelsk istintaq təcridxanasına nəzarət edəcək şəxsin namizədliyini razılaşdırmaq olub.

Lakin yerli təhlükəsizlik qüvvələri həmin "sxodka"ya basqın edib. Yerli polisin yaydığı rəsmi məlumata görə, tədbirə "Lotu Quli" kimi tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun maraqlarını təmsil edən azərbaycanlı rəhbərlik edib.

Həmin şəxsin Ukrayna ərazisindən deportasiya ediləcəyi bildirilir.


Xəbərə aid fotolar