Rusiyadan qaçıb Bakıda gizlənən azərbaycanlıya 13 il həbs verildi


Kriminal 02 Avq 2019 19:39:29 232 0

Rusiyadan qaçıb Bakıda gizlənən azərbaycanlıya 13 il həbs verildi

Rusiya istintaqından qaçaraq Azərbaycanda gizlənmiş Murad Məmmədovun Bakıda məhkəməsi olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sankt-Peterburqda cinayətkar qruplaşmanın üzvü olan Murad 13,6 il azadlıqdan məhrum edilib. 1962-ci il təvəllüdlü Məmmədov Sankt-Peterburqun İstintaq orqanları tərəfindən ağır cinayətlər törətməkdə ittiham olunub və axtarışa verilib.  

Məlumata görə, dəstə üzvü Sankt-Peterburqda əsasən Ağdam rayonundan Rusiyaya gedənlərdən ibarət qruplaşma yaradıb. Dəstə üzvləri sifarişli qətllər törədirmiş. Belə ki, 2007-ci ilin noyabrında Məmmədov həmyerliləri ilə birlikdə yerli müəssələrdən birinin rəhbərindən ayda 10 min rubl xərac istəyib. 2009-cu ildən pulu verməkdən imtina edən sahibkarın əvvəlcə avtomobili yandırılıb, 2009-cu ilin aprelində isə 22 yaşlı qızı öldürülüb. 

Cinayətdən axtarışda olan Murad Azərbaycanda gizlənib. Daha sonra onun Rusiya vətəndaşlığı ləğv edilib. 

Məmmədovun barəsində istintaq materialları Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edilib. Həmin materiallar əsasında Murad Məmmədov 13 il 6 ay azadlıqdan məhrum edilib.