3 dost 9 yaşlı uşağı sahibsiz yerə aparıb təcavüz etdilər...


Kriminal 02 Avq 2019 13:50:00 416 0

3 dost 9 yaşlı uşağı sahibsiz yerə aparıb təcavüz etdilər...

Sabirabad rayonunda azyaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Hacıbala Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Hacıbala Hüseynov 2017-ci ilin mart ayının ortalarında Sabirabad şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən yanaraq yararsız vəziyyətdə olan 12 nömrəli evin həyətində 2008-ci il təvəllüdlü Xudu Babayevə (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Yanmış evdə seksual əxlaqsızlıq

O, on dörd yaşına çatmayan Xudu Babayevin köməksiz vəziyyətindən istifadə etməklə, onunla qeyri-təbii yolla intim əlaqədə olub, sonra isə ona qarşı digər seksual xarakterli hərəkətlər etməyə məcbur edib.

İstintaq orqanı tərəfindən Hacıbala Hüseynovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

"Mənim vasitəmlə xalamı çağırdı"

Cinayət işi üzrə şahid qismində ifadə verən Elmira Əliyeva bildirib ki, nənəsinin evində mərhum dayısı Zamiqin arvadı Mehriban Babayeva, axırıncının azyaşlı oğlu Xudu və qızı Səlimə ilə birlikdə yaşayır: "14 aprel 2017-ci il tarixdə qonşuluğumuzda yaşayan Hacıbala Hüseynov bizə gələrək mobil telefonuna "İnstaqram" açmağımı xahiş etdi. Mən də Hacıbalanın telefonunu aldım, "İnstaqram" sosial şəbəkəsi açdım. Sonra Hacıbala mənim vasitəmlə xalam Gülgəzi çağırdı və onunla danışaraq getdi".

"Seksual hərəkət etmələri barədə soruşdum"

Elmira Əliyevanın sözlərinə görə, ertəsi gün Hacıbala onlara gələrək məsələni necə həll edəcəkləri ilə bağlı dayısı arvadından soruşub: "Həmin vaxt dayım arvadından eşitdim ki, Hacıbala Orxanın, Tural və başqaları ilə birlikdə mart ayında Xudunu kənddəki su arxı üstünə aparıb, orada onunla əxlaqsız hərəkət ediblər. Bundan sonra məsələni aydınlaşdırmaq üçün Xudunu götürdüm və küçədə futbol oynayan Orxan və Turala yaxınlaşdım. Onları su arxının üstünə apardım və Xuduya qarşı seksual hərəkət etmələri barədə soruşdum. Axırıncılar belə hərəkət etmədiklərini, Hacıbalanın özünün Xuduya qarşı bu hərəkəti etməsini bildirdilər. Odur ki, Orxan və Turalla birlikdə Hacıbalanın yanına gəldim, onları üzləşdirdim. Orada Hacıbala Orxan və Turalın Xuduya qarşı seksual hərəkət etdiklərini onların üzünə dedi. Oraxanla Tural da Hacıbalanın əmisigilin həyətindəki ayaqyolunda Xuduya qarşı əxlaqsızlıq etdiyini söylədilər".

"Diz çökərək üzr istədilər"

Elmira Əliyeva qeyd edib ki, bundan sonra Hacıbala, Orxan və Turaldan Xuduya qarşı seksual hərəkətlər etdiklərinə görə onun qarşısında diz çöküb, üzr istəmələrini tələb edib: "Əvvəlcə Hacıbala, sonra isə Tural və ardınca da Orxan Xudunun qarşısında dizləri üstə çökərək üzr istədilər. Bundan sonra Xudu ilə birlikdə oradan çıxdıq, yaşadığımız evə gəldik. Hacıbalanın, Turalın və Orxanın azyaşlı Xuduya qarşı seksual hərəkət etdiklərini onun anasına olduğu kimi danışdım".