İranda adam girov qoyub Azərbaycana heroin gətirdilər


Kriminal 29 İyl 2019 14:09:00 247 0

İranda adam girov qoyub Azərbaycana heroin gətirdilər

Cəlilabadda girovluqda adam qoyaraq ölkəyə satmaq məqsədi ilə heroin gətirən və həmin narkotik vasitəni quldurluq yolu ilə talayan mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib və onlardan ümumilikdə 1 kiloqrama yaxın heroin aşkar edilib.

Belə ki, daxil olan məlumat əsasında rayon sakini Ehtibar Məmmədov yaşadığı Ə.Cavad küçəsində saxlanılıb. Onun evinə baxış zamanı su borusunun içərisində gizlətdiyi 304,210 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Məmmədovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən Cəlilabad rayon sakinləri Əyyub Şükürov və Rəşad Yusubov da tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qrup üzvləri aralarındakı rol bölgüsünə əsasən, İrandan Azərbaycana satmaq niyyəti ilə narkotik vasitə gətiriblər. Onlar şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşları ilə razılığa gələrək Ə.Şükürovu həmin şəxslərin yanında girov qoyub külli miqdarda heroin əldə ediblər. E.Şükürov orada qalandan sonra digər iki nəfər narkotik vasitəni Bakı-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində götürərək R.Yusubovun avtomobili ilə Cəlilabad rayonuna gətiriblər.


Xəbərə aid fotolar