Həmkəndlisinin sifətini bıçaqla kəsdi


Kriminal 27 İyl 2019 18:13:33 248 0

Həmkəndlisinin sifətini bıçaqla kəsdi

Beyləqanda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.

E.Əliyarov xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov saxlanılıb.