Bakıda qaçırdığı avtomobillə piyadanın ölümünə səbəb olan şəxsə


Kriminal 24 İyl 2019 16:45:00 187 0

Bakıda qaçırdığı avtomobillə piyadanın ölümünə səbəb olan şəxsə

Bakı Ağır Cinayətlər Məhkəməsində tələbənin ölümünə səbəb olan sürücü Tural Rəsulovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Rəsulov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib.

Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü İlkin Bəxtiyar oğlu Şahbazi "Chrysler" markalı avtomobillə vurulub. Piyada aldığı xəsarət nəticəsində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Rəsulov Tural Söhbət oğlu olub.

Məlum olub ki, o bu maşını Bakı Əyləncə Mərkəzinin dayanacağından həmin gün saat 12.00-da qaçırıb. Hadisə isə saat 13.50-də baş verib.