Metroda yeniyetmənin pulunu alıb qaçan şəxs tutulub


Kriminal 24 İyl 2019 15:57:00 253 0

Metroda yeniyetmənin pulunu alıb qaçan şəxs tutulub

Dələduzluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 23-də metronun "28 May" stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetməni aldadıb 1200 manatını alıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.